USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezidentin bu çıxışı ermənilərə son mesaj idi - Taleh Əliyev

19.04.2023 Siyasət
18 4
“Prezidentin Salyanda Azərbaycan Televiziyasına verdiyi müsahibəsini Ermənistan hakimiyyətinə, o cümlədən Qarabadakı qondarma, Prezidentin təbirincə desək təlxək toplusuna son xəbərdarlıq kimi qiymətləndirmək lazımdır”.

Bu fikirləri Kommersant.az-a politoloq Taleh Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin dünənki çıxışını şərh edərkən deyib.

Taleh Əliyevin fikrincə, bu bəyanat o qənaətə gəlməyə əsas verir ki, Azərbaycan növbəti antiterror əməliyyatı keçirərək, Qarabağda yaşayan erməni əsilli vəətndaşlarını həmin o qondarma rejimin girovluğundan azad etsin:

“Elə həmin açıqlamada Prezident vurğuladı ki, biz dəfələrlə başqa formalarda xəbərdarlıq etmişik, təəssüflər olsun ki, onlar bu xəbərdarlıqdan nəticə çıxarmayıb”.

Politoloq qeyd edib ki, Prezident “təlxək toplusu”, “vəhşi” adlandırdığı rejimin Qarabaşdağdakı Azərbaycan Respublikasının erməni əsilli vətəndaşlarını da öz girovluğunda saxladığını bildirib:

“Amma fakt odur ki, qondarma rejim rəsmi Bakıya tabe olmamaqla Azərbaycan Respublikasının suverenliyini pozur. Bu da Konstitusiyaya hüquqa zidd olduğuna görə belə bir antiterror əməliyyatı keçirmək Azərbaycan Respublikasının hüquq və haqqıdır”.

"Bu proseslərin sülh danışıqlarına təsiri necə olacaq" sualına cavab verən politoloq bildirib ki, hazırki Ermənistan hakimiyyəti və onun rəhbəri Nikol Paşinyan da daha çox Ermənistanla Azərbaycan arasında imzalanması gözlənilən sülh danışıqlarında 1991-ci ildə Ermənistanın müstəqilliyini elan edərkən dünya birliyi tərəfindən tanınmış 29 min kvadrat kilometrlik ərazinin qarşılıqlı formada Azərbaycan Respublikası tərəfindən tanınmasını əsas götürür, Qarabağ ermənilərinin də insan və vətəndaş hüquqlarının, təhlükəsiz yaşamaq məsələsini daha çox Azərbaycan tərəfindən təmin olunması ilə bağlı gözləntilərini ifadə edir:

“Lakin biz burda erməni tərəfin riyakar yanaşmasının şahidiyik. Ermənistan tərəfi danışıqlar masasında Qarabağın status məsələsini ümumiyyətlə qoya bilməz. Hələ ikinci Qarabağ müharibəsinin yekunlarında Azərbaycan Prezidentinin dediyi “status məsələsi gorbagor oldu” mövqeyindən bir addım da geri çəkilməyib. Ona görə də hesab etmirəm ki, Ermənistanla aparılan danışıqlarda Azərbaycanın Qarabağdakı seperatçı rejimin təmizlənməsinə, orada yaşayan erməni əsilli vətəndaşları Azərbaycan Respublikasını Konstitusiyası ilə Azərbaycan vətəndaşlarına şamil olunmuş konstision hüquq və azadlıqlarının tətbiqi ilə bağlı həyata keçirəcəyi əməliyyatlara razı olsun”.

Taleh Əliyev hazırki Ermənistan hakimiyyəti üçün Azərbaycan-Ermənistan danışıqlarında prioritet olan məsələləri sadalayıb:

“Azərbaycanla imzalanacaq sülh sazişində Ermənistanın dünya birliyi tərəfindən 1991-ci ildə qəbul olunan ərazi büövlüyü tanınsın. İkincisi isə Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələrin bərpasında xüsusi ilə Zəngəzur dəhlizi ilə bağlı məsələlər Ermənistanın daxili qanunları ilə tənzimlənsin. Həmin yola istər Rusiya tərəfinin nəzarət etməsi, istəsə də digər şərtlər öz əksini tapmasın. Xüsusi ilə Azərbaycan və Ermənistan arasında sərhəd məsələlərinin delimitasiya və demarkasiya məsələləri həll edilsin. Ermənistan tərfini narahat edən məsələlər bundan ibarətdir”.