USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fəzail İbrahimlidən Vahid Əhmədova: “Mandatını qoy, çıx, get!”

25.04.2023 Siyasət
10 18
“Dünya üstümüzə gəlir, mənhus baxışlar və iti caynaqları ilə”.

Vitse-spiker Fəzail İbrahimli bunu parlamentdəki çıxışında həmkarı Vahid Əhmədovun müsahibəsinə reaksiyasında bildirdi.

Sədr müavini bildirdi ki, bu vəziyyətdə hamımız bir yerdə olmalıyıq. “Biz keçən iclasda İranın qərəzli siyasətinə etiraz etdik. Bu gün nəyi müzakirə edirik, çox təəssüf ki, öz həmkarımızın parlament haqqında dediklərini. Aydın müəllim dedi “tələyə düşdü”. Qətiyyən razı deyiləm, Vahid müəllim tələyə düşən oğlan deyil. Vahid müəllim nə edirsə, düşünərək edir. Adətən, dövlətin, millətin çətin günlərində ağsaqqallara ehtiyac duyulur. Onlar gənclərimizin buraxdığı səhvlərin üzərinə getməlidir. Çox təəssüf ki, bu gün Vahid müəllim özünü müzakirə obyektinə çevirib. Deyirsən 3 nəfərdən başqa burda hamı saxtakardır. Niyə mənim heysiyyatıma toxunursan? Vahid müəllim, az yaş fərqimiz var. Gənclər bizdən öyrənməlidir. Məgər Azərbaycan parlamenti dövlətin bir qolu deyil? Sən sınıq qolun yanında olursan? Adama deyərlər ki, istəmirsənsə, çıx, get! Bəyənmirsən, açıq şəkildə mandatını qoy, çıx, get! Siz o solaxay düşüncələrin sahibi ilə üz-üzə oturmusunuz. Vahid müəllim, sizin maddi durumunuz Azərbaycanda hamıdan yaxşıdır. Statusunuz var, vəzifəniz var. Nə istəyirsiniz?” Daha sonra spikerə müraciət etdi: “Sahibə xanım, Azərbaycan parlamentində oturub, Azərbaycan parlamentinin ünvanına nalayiq ifadələr işlədən hər kəs cəzasını almalıdır!”/Musavat.com