USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sahibə Qafarovadan Vahid Əhmədovla bağlı - AÇIQLAMA

25.04.2023 Siyasət
30 9
Deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından birinə verdiyi müsahibə zamanı dövlət əleyhinə səsləndirdiyi qərəzli fikirləri ilə bağlı məsələyə Milli Məclisin İntizam Komissiyasında baxılacaq.

Kommersant.az-ın məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında tapşırıq verib. “İntizam Komissiyası bu məsələ ilə məşğul olsun”, - deyə S.Qafarova bildirib.

Qeyd edək ki, deputatlar Vahid Əhmədovun fikirlərini sərt tənqid edib və məsələyə İntizam Komissiyasında baxılmasını istəyiblər./Trend