USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bu Azərbaycanın qətiyyətli və doğru qərarı idi” - Taleh Əliyev

25.04.2023 Siyasət
24 0
“Azərbaycanın xoşməram nümayiş etdirərərək keçmiş Laçın şəhərinin ərazisindən keçən yolun əvəzinə tikilərək yeni yolun Qarabağdakı ermənilərin Ermənistanla gediş-gəlişi üçün şərait yaratmağına baxmayaraq, ermənilər istər köhnə, istərsə də yeni yoldan istifadə edərək özlərinin qara niyyətlərini həyata keçirmək üçün bu yollardan Azərbaycanın təbii sərvətlərinin talanması, Qarabağa əlavə silah sursatın, muzdlu döyüşçülərin gətirilməsi, o cümlədən rəsmi Bakı ilə razılaşmada xarici ölkə siyasi fəallarının Xankənfdinə gətirilərək danışıqlarda pzoulculuq missiyası həyata keçirməsi Aəzrbaycan tərəfinin bu qərarı qəbul etməsində böyük rol oynayıb”.

Kommersant.az-a bu sözləri politoloq Taleh Əliyev Azərbaycanın Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurması haqqında danıışarkən deyib.

Politoloq bildirb ki, 10 noyabrda Azrbaycanla Ermənistan arasında imzalanan sənəddə göstərilir ki, həmin sənəd qüvvəyə mindikdən sonra, xüsusi ilə 11 yanvar Moskvada üçtərəfli razılaşma ilə 10 noyabrda əldə olunmuş atəşkəs haqqında bəyanatın möhkəmləndirlməsi və ondan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı sülhməramlı qüvvələr Azərbaycanın erməni əsilli vətəndaşlarının yaşadığı Qarabağ ərazisində öz xidməti fəaliyyətinə başladıqdan sonra Qarabağ ərazisində heç bir erməni hərbi birləşməsi olmamalı idi:

“Eyni zamanda bu danışıqların tərkib hissəsi kimi Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizi də istifadəyə verilməli idi. Bütünlükdə bu atəşkəs haqqında bəyanat iki ölkə arasında sülh sazişinin imzalanması ilə nəticələnməli idi”.

Taleh Əliyev əlavə edib ki, müharibənin bitməsindən artıq üç ilə yaxın vaxt keçsə də, Moskva danışıqlarından sonra Brüssel, Vaşinqton danışıqları, bir neçə formatlar meydana gəlsə də hələlik Ermənistan hakimiyyəti də Azərbaycanla gözlənilən sülh sazişini imzalamaqda tərəddüd edir:
“Ermənistanda Rusiya beşinci kolonunu təmsil edən müxalifəti, Robert Koçaryan və Sers Sarkisyanın rəhbərlik etdiyi partiyalar Azərbaycala sülh sazişinin imzalanmasında maraqlı deyillər:
“Nəzərə alsaq ki, xüsusi ilə də 10 noyabr sazişindən sonra 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar Aəxrbaycan tərəfinin nəzarət etmədiyi yollar vasitəsi ilə gəitrilərək Azərbaycan ərazisinə basdırılması, vətəndaşlarımızın şəhid olmasına səbəb oldu. Ona görə də Azərbaycan tərəfi bu faktlardan çıxış edərək Qarabağa giriş-çıxışı tam nəzarətə götürməklə Laçın- Xankəndi yolunun başlanğıc nöqtəsində bu sərhəd-buraxılış məntəqəsinin qurulması ilə bağlı qətiyyətli və doğru qərar qəbul etdi”.

Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.