USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Qarabağda yaşayan ermənilərin başqa yolu qalmayıb” - Razi Nurullayev

26.04.2023 Siyasət
16 7
“Hazırda Azərbaycanın hədəfi Qarabağda yaşayan ermənilərin ölkəyə reinteqrasiyasıır. Bunun üçün də antiterror əməliyyatının keçirilməsi yəxın günlərin gündəliyində deyil”.

Kommersant.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev “Ermənistan hökuməti bəyan edib ki, onlar 10 noyabr Bəyanatından irəli gələn öhdəliklərindən imtina edib. Hüququ baxımından Azərbaycan da öz növbəsində bəzi öhdəliklərə düzəliş edib. Yəni, artıq Azərbaycan 2025-ci ildə nəzərdə tutulan addımı atıb, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub. Bundan sonrakı addım isə antiterror əməliyyatı ola bilərmi?” sualına cavab olaraq bildirib.

Deputat qeyd edib ki, Azərbaycan Azərbaycan-Ermənistan sərhədində sərhəd keçid məntəqəsini qurmaqla yolun sonuna çatmış oldu. Azərbaycan bu məsələdə iradəsini ortaya qoyduğuna görə Qarabağda yaşayan ermənilərin artıq başqa bir yolu qalmadı:

“Onlar bu yolu daha özbaşına, necə gəldi gedib qayıda bilməyəcək. Düşünürəm ki, bu sərhəd keçid məntəqəsində növbəti addım olaraq gömrük postunun qoyulması da müşahidə olunacaq. Və buradan gəlib keçən vətəndaşlar, yüklər yoxlanılacaq. Bu məsələ artıq orada yaşayan erməniləri seçim etməyə vadar edəcək. Birinci seçim Azərbaycan vətəndaşlığını qəbul etmək, ikincisi isə Azərbaycana qarşı çıxış etmək. Əgər seçimləri ikinci olarsa, bu zaman Azərbaycan həbslər həyata keçirəcək”.

Razi Nurullayev əlavə edib ki, ola bilsin ki, bu sərhəddəki yoxlanışlar zamanı Azərbaycana qarşı döyüşlərdə iştirak edən adı cinayətkarlar sırasında hallanan, separatizmlə məşğul olan insanların da sərhəddə həbsini həyata keçirəcək:

“Bu halda onlarda narazılıq yaranacaq. Və ya onlar bütün bu hallara dözüm göstərməsələr, Azərbaycana qarşı hər hansı bir addım ataraq, silahlı hücum etsələr o zaman təbii ki, bu halda Azərbaycanın antiterror əməliyyatı keçirməkdən başqa yolu qalmayacaq”.

Deputat qeyd edib ki, Azərbaycanın bir hədəfi var, Qarabağ erməniləri Azərbaycan pasportu əsasında yaşamalıdır:

“ Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyadan başqa alternativ yolu yoxdur. Əgər ermənilər buna razı olmasa, Azərbaycan ikinci antiterror əməliyyatı keçirib onları yola gətirəcək. Orada separatizmə dəstək olsalar, Azərbaycana qarşı silaha əl atanlar, Azərbaycan Konstitusiyasına zidd çıxanlar vətən xainləridir və bu ermənilər cəzalandırılmalıdır. Yəni, bu bizim qanunlarımızdan irəli gələn müddəalar əsasında həyata keçirilə bilər. Ermənilərin qərar verməklə bağlı son şansları yalnız bu ildir, sonra o imkan olmayacaq”.