Azərbaycan heç vaxt Fransa ilə münasibətlərin gərginləşməsinin səbəbkarı olmayıb və hər zaman əlaqələrin müsbət müstəvidə inkişaf tərəfdarı olub. Ölkəmiz bunun üçün səylər göstərib.
Kommersant.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir deyib ki, münasibətlərdə fikir ayrılığı olan zaman Azərbaycan tərəfi təmaslardan heç zaman çəkinməyib. Bu müddət ərzində də müxtəlif səviyyələrdə təmaslar intensiv olaraq davam edib.