“Laçın yolunda sərhəd keçid məntəqəsinin yaradılması Azərbaycan-Ermənistan arasındakı sülh prosesi ilə bağlı bütünlükdə regionda yeni reallıqlar yaratdı. Bu reallıq həm də Rusiyanın Qarabağda yerləşdirdiyi hərbi kontingentə aiddir. Bildiyimiz kimi 10 noyabr sənədinin 4-cü müddəası hələ də yerinə yetirlməyib və bu həmin bəyannamənin kobud şəkildə pozulmasıdır”.
Kommersant.az-a bu sözləri politoloq Natiq Miri Qarabağda baş verən son proseslərin fonunda Rusiya sülhməramlılarının bölgədəki fəaliyyəti haqqında danışarkən deyib.
Politoloq qeyd edib ki, Rusiya və Ermənistanın üzərinə götürdüyü öhdəlik var və 3-cü ilin bitməsinə az qalsa da, lakin bu müddəa yerinə yetirilməyib. Bu müddəa yerinə yetirilməsə, Qarabağ probleminin həlli ilə bağlı prosesləri irəli aparmaq mümkün deyil:
"Bu onu göstərir ki, prosesi manipulyasiya etmək istəyən tərəflər var. Bunların da başında Rusiya durur. Çünki Qarabağ probleminin bir dəfəlik həlli və Qarabağdakı ermənilərin reinteqrasiyası bölgədə Rusiyanın varlığının sonuna gətirib çıxaracaq. Ona görə də bu prosesi uzatmağa qərar verən Rusiya sonda öz etdiyi hərəkətlərin girovuna çevrildi. Azərbaycan birtərəfli qaydada sərhəd-keçid məntəqəsini yaratmaqla özünün ərazi bütövlüyünü təmin etdi. Bundan sonrakı digər addım da bəllidir. Bunu ya Rusiyanın üzərinə götürdüyü öhdəliyi nəzərə alaraq Rusiya ilə birgə edəcək, ya da növbəti addım kimi Azərbaycan tərəfi 10 noyabr sənədinin bu müddəasını özü birtərəfli qaydada həyata keçirəcək”.
Natiq Miri bildirib ki, bu gerçəkləşəcəksə, artıq rus qoşunlarının Qarabağda varlığına ehtiyac qalmayacaq. Ona görə də bu yöndə narahat olmağa ciddi əsaslar var:
“Hətta düşünürəm ki, rus komandanlığının dəyişdirlməsinin əsas səbəblərdən biri də məhz budur. Əgər Azərbaycan birtərəfli qaydada bu müddəanı yeriə yetirəcəksə, bundan sonra separatçı rejimin rəhbərlərinin ya həbsini, ya da hansısa yolla Qarabağdan qaçmasını müşahidə edəcəyik ki, pu prosesdən sonra reinteqrasiiya qeyri-iradi başlayacaq. Ona görə də elə bir çıxlmaz vəziyyət yaranıb ki, rus qoşunlarının komandanlığı mütləq şəkildə ya dördüncü müddəanı yerinə yetirməlidir, ya da Azərbaycan bunu təktərəfli həyata keçirəcəksə, rus sülhməramlılarına ehtiyac olmayacaq”.
Qarabağda qalan separatçılar haqqında danışan politoloq əlavə edib ki, Azərbaycan erməni silahlı qüvvələrinin Qarabağdakı varlığına 2025-ci ilə qədər dözə bilməz:
"Bu mümkün də deyil. Çünki onların varlığı hər an Azərbyacan üçün hərbi təhdid, təxribatdır. Ona görə də bu uzun çəkməyəcək. Sərhəd-buraxılış məntəqsəinin ajiotajı bitən kimi Azərbaycan yaxın zamanda bu yöndə addımlar atacaq”.