Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb.
Kommersant.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” məlumat yayıb.
Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, nəqlin dayandırılması 1-4 may tarixlərində “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində nəzərdə tutulan təmir işləri ilə əlaqədardır.
Ermənistan istehlakçılarının qaz təchizatı indi daxili ehtiyatlar hesabına həyata keçirilir.