USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Biz hava məkanımızı Ermənistana bağladıq" - ÇAVUŞOĞLU

03.05.2023 Siyasət
13 0
Nazir Çavuşoğlu Rusiya, İran və Suriya ilə xarici işlər nazirləri səviyyəsində görüşün mayın 10-da keçirilə biləcəyini bildirib. İrəvanda açılan "Nemesis abidəsi"nin qəbuledilməz olduğunu deyən Çavuşoğlu, "Hava məkanımızı Ermənistana bağladıq. Ermənistan parlamentinin sədri Türkiyəyə gələcək, beynəlxalq görüş olduğu üçün icazə verdik" ifadələrdən istifadə edib.

Kommersant.az xəbər verir ki, Xarici işlər naziri Mövlud Çavuşoğlu iştirak etdiyi canlı yayımda Rusiya, İran və Suriya ilə xarici işlər nazirləri səviyyəsində görüşün mayın 10-da Moskvada ola biləcəyini bildirib.

Çavuşoğlu NTV-nin suallarını cavablandırarkən deyib:

"Seçkilərdən əvvəl nazirlərin görüşü ola bilər. Nazirlərin görüşü mayın 10-da ola bilər.

Konstitusiya Komissiyası yaradıldı. Səkkiz raund heç nə olmadı. Buradan bir nəticə çıxarmaq lazımdır. Terror təşkilatları ilə birlikdə mübarizə aparmalıyıq. İŞİD, YPG Suriyanı parçalamaq istəyir. Suriya ərazisində gözümüz yoxdur".