USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan və Ermənistan sülh sazişinin bəzi maddələri üzrə razılığa gəliblər

05.05.2023 Siyasət
6 21
ABŞ-ın ev sahibliyi etdiyi görüşdə Azərbaycan və Ermənistanın sülh sazişinin bəzi maddələri ilə bağlı razılığa gəldiyi bildirilib.

Kommersant.az türk mətbuatına istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla “Sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş”in bəzi maddələri üzrə razılığa gəldiyini açıqlayıb.

Nazirlik ABŞ-ın dövlət katibi Antoni Blinkenin ev sahibliyi ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın rəhbərlik etdiyi iki ölkənin nümayəndə heyətlərinin mayın 1-4-də ABŞ-da keçirilən görüşləri ilə bağlı yazılı açıqlama yayıb.

“Nazirlər və onu müşayiət edən nümayəndə heyətinin üzvləri “Sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli Saziş” layihəsinin bəzi maddələri ilə bağlı razılığa gəlsələr də, bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını da etiraf ediblər”, - deyə məlumatda deyilir.

Danışıqlara ev sahibliyi etdiyi üçün ABŞ-a təşəkkür edilən bəyanatda tərəflərin danışıqların davam etdirilməsi ilə bağlı razılığa gəldiyi qeyd edilib.