Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycan-Ermənistan münasibətlərindən danışıb. Türkiyəli nazir iki ölkə arasında yeni eskalasiya təhlükəsinin olduğunu bildirib.
Kommersant.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Akar sülh sazişinin imzalanmamasının bölgədə gərginliyi artırdığını vurğulayıb. Müdafiə naziri deyib ki, danışıqlar prosesinin uğurla başa çatması nə qədər yubanırsa, yeni münaqişə riski bir o qədər yüksək olara qalır:
"Vəziyyət qeyri-sabitdir və get-gedə sülh sazişinin tezliklə imzalanmasına ümidimiz azalır. Hazırda münaqişə dondurulsa da, yekun sənədin imzalanmaması hərbi əməliyyatların bərpası təhlükəsini artırır".