USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bayden ABŞ bayraqlarının yarıya endirilməsini əmr edib

08.05.2023 Siyasət
7 13
Bayden Texasdakı faciə ilə əlaqədar ABŞ bayraqlarının yarıya endirilməsini əmr edib.

Bu barədə Ağ Ev məlumat yayıb.

“Mən bütün hökumət binalarının və meydanların, hərbi postların və hərbi dəniz bazalarının, Kolumbiya dairəsində və ABŞ-ın bütün federal hökumət gəmilərinin üzərində ABŞ bayrağının yarıya endirilməsini əmr edirəm”, - deyə Ağ Evin saytında bildirilib.

Bayraqlar 2023-cü il mayın 11-dək yarıya qədər endiriləcək.

Bayden əlavə edib ki, o, federal qurumlara hadisənin araşdırılmasında bütün lazımi dəstəyi göstərməyi tapşırıb.