Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirləri Bəşər Əsəd rejiminin Birliyə qaytarılması ilə bağlı razılığa gəlib.
Kommersant.az xəbər verir ki, Misirin paytaxtı Qahirədə bu səhər başlayan Ərəb Xarici İşlər Nazirləri Toplantısı davam edir.
İraqın rəsmi agentliyi olan İNA-da dərc olunan xəbərə görə, İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd es-Sahaf, "Ərəb Xarici İşlər Nazirləri Toplantısında Suriyanın Ərəb Liqasına qaytarılması ilə bağlı razılığa gəlindi" deyib.
Ərəb Liqası və Misirdən hələlik rəsmi açıqlama verilməyib.
Son zamanlar Ərəb ölkələrində Əsəd rejiminin Ərəb Birliyinə qaytarılması üçün diplomatik səylər göstərilir.