USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu təxribat sülh danışıqlarını poza bilər? - Politoloq şərhi

11.05.2023 Siyasət
21 14
"Bu gün baş verən təxribatların arxasında Ermənistandakı "5-ci kalon"un dayandığını demək olar".

Kommersant.az xəbər verir ki, bunu politoloq Taleh Əliyev bu gün Azərbaycan-Ermənistan sərhədində baş verən erməni təxribatı haqqında danışarkən deyib. Politoloq qeyd edib ki, təxribat gözlənilən idi:

"Həm ikinci Qarabağ müharibəsinin gedişində, həm sonra sərhəddə baş verən təxribatlarla bağlı Nikol Paşinyanın etirafları olmuşdu. O deyirdi ki, "orduya göstəriş verirəm, amma onlar mənim göstərişimi deyil, başqa bir göstərişi icra edirlər. Belə məlum olur ki, onların baş komandanı mən deyil, başqalarıdır”.

Taleh Əliyevin sözlərinə görə, təxribatların sayı çoxaldıqca Azərbaycanla-Ermənistan arasında razılaşdırılmış və razılaşdırılması gözlənilən prinsiplərin gerçəkləşməsi zaman alır:

“Nə qədər ki, Ermənistanda Paşinyan dövlətə və silahlı qüvvələrə tam nəzarət edə bilmir, Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarında ancaq nəzəri irəliləyişlər əldə olunacaq. Prezident İlham Əliyev bunu yaxşı bildiyinə görə, Şuşa şəhərində keçirlən konfrasında çıxışı zamanı qeyd etdi ki, bizim üçün aktiv müharibə mərhələsi bitib, artıq diplomatik yolla proplemin həllinə üstünlük verəcəyik”.

Ekspertin fikrincə, Ermənistanda tək hakimiyyətlilik yaranana qədər Azərbaycan Qarabağda yenidənqurma işlərini intensivləşdirəcək:

"May ayında Prezidentin işğaldan azad olunmuş rayonlara səfəri zamanı yeni yaşayış binalarının təməli qoyuldu. Bu da o deməkdir ki, Azərbaycan danışıqlarla paralel olaraq, 30 ildir vətən həsrətində yaşayan məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına üstünlük verir”.

Sülh danıışıqları haqqında danışan Taleh Əliyev qeyd edib ki, ilk dəfə idi ABŞ-da keçirilən görüşlərdə tərəflər arasında imzalanan sənədə ad qoyuldu:

"Sülh və dövlətlərarası münasibətlərin qurulması istiqamətində iki tərəfli əməkdaşlıq sazişi” adlanan bu sənədlə yeni mərhələ başlayır demək olar. Ancaq bütün bunlarla yanaşı, bu gün Ermənistanla Azərbaycan arasında vasitəçilik edən üç tərəf - Moskva, Brüssel və Vaşinqton var. Çox təəssüflər olsun ki, bu danışıqlarda hər üç tərəfin öz maraqları var. Rusiya tərəfi Ermənistanla Azərbaycan arasında danışıqlarda Cənubi Qafqazda mövcudluluğunu təmin etmək istəyir. Yəni Rusiya qalmaq istəyir, Brüssel isə xüsusi ilə Fransanın timsalında Ermənistan üzərindən Cənubi Qafqaza yerləşmək niyyətindədir. ABŞ-ın isə bu məsələdə mövqeyi fərqlidir. Tərəflər arasında birbaşa danışıqlar vasitəsi ilə sülhə nail olaraq, hər iki tərəflə daha çox əməkdaşlığa üstünlük verir”.