USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya "taxıl sazişi"nin bağlanmasında maraqlıdır - Eyyub Kərimli

15.05.2023 Siyasət
15 16
"Bu il dünyada taxıl qıtlığı yaşanmayacaq".

Bu sözləri Kommersant.az-a İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli Rusiyanın növbəti dəfə "taxıl sazişi" ilə bağlı verəcəyi qərarı şərh edərkən deyib.

Ekspert bildirib ki, bu il dünyada taxıl istehsalında artım müşahidə olunur:

"Doğrudur, bu artımın az olacağı proqnozlaşdırılır. Lakin bu, bizə onu deməyə əsas verir ki, taxıl qıtlığı yaşanmayacaq".

Taxıl qiymtələrinin artma ehtimalı haqqında da danışan Eyyub Kərimli bildirib ki, əgər qiymət artımı baş versə, bu spekulyativ oyunlar, hansısa ölkənin daha çox pul qazanması və ya bu sahədə hansısa formada süni məhdudiyyət qoyulması ilə baş verə bilər:

"Sözsüz ki, Rusiya bu gün dünyanın əhəmiyyətli taxıl ixracatçısıdır. Bu baxımdan Rusiyanın oyundankənar vəziyyətdə qalması taxıl bazarında müəyyən çalxalanmalar və qiymət elastikliyinə təsir göstərə bilər".

Ekspert hesab edir ki, Rusiya "taxıl sazişi"də iştirak etməyə maraqlıdır, bunun da öz səbəbləri var:

"Bildiyimiz kimi, Rusiyaya qarşı hazırda 11-ci sanksiyalar paketi hazırlanır. Rusiya iqtisadiyyatının da əlavə vəsaitə böyük ehtiyacı var. Biz hazırda Rusiya iqtisadiyyatında geriləmələr müşahidə edirik. Tətbiq olunan embarqolar nəticəsində ixrac imkanları məhdudlaşdırılıb. Bu baxımdan da taxıl ixracatında iştirak etmək Rusiyanın marağındadır. Əgər siyasi proseslərdə hər hansı bir dəyişiklik baş verməsə və Rusiyanın süni formada hansısa siyasi təzyiq aləti kimi prosesdə iştirak etmək şəraiti olmasa, Moskva sazişdə iştirak edəcək".

Eyyub Kərimli əlavə olaraq bildirb ki, Rusiya bu sazişin bağlanmasına razı olmasa, yenə də taxıl qiymətlərində müəyyən artım və dünyada da süni spekulyativ meyllərin baş qaldırmasını da müşahidə edəcəyik.