Moldova MDB Parlamentlərarası Assambleyasından çıxacaq. Bu addımı parlamentin spikeri, hakim Fəaliyyət və Həmrəylik partiyasının lideri İqor Qrosu bəyan edib.
Kommersant.az xəbər verir ki, siyasətçi jurnalistlərə açıqlamasında bildirib: “Xalqla, partiyanın nümayəndələri ilə, prezident və hökumətlə çoxsaylı söhbətlərdən sonra sizə bildirirəm ki, biz MDB PPA-dan çıxmaq qərarına gəldik”.
Qrosu qeyd edib ki, Moldovanın bu gün MDB ilə ümumi sərhədləri yoxdur və bu təşkilata üzvlük ölkəyə aktual problemlərin həllinə kömək etməyib.