ABŞ prezidenti Co Bayden Türkiyədə keçirilən seçkilərlə bağlı mətbuat mənsublarına qısa açıqlama verib.
Kommersant.az xəbər verir ki, TRT-nin ABŞ müxbiri Yunus Paksoyun verdiyi məlumata görə, velosiped turu zamanı Türkiyə seçkiləri ilə bağlı verilən sualı cavablandıran Bayden, "Ümid edirəm ki, kim qalib gəlsə, o qalib gələcək. Hazırda dünyanın o hissəsində kifayət qədər problem var" deyib.