Amerika lideri Co Bayden bu həftə Yaponiyada keçiriləcək G7 sammitindən dərhal sonra ABŞ-a qayıdacaq.
Kommersant.az xarici KİV-ə istinadən xəbər verir ki, o, dövlət borcu ilə bağlı həll edilməmiş problem və mümkün defolt səbəbindən planlaşdırılan bütün xarici səfərlərini ləğv edib.
Məlumata görə, Bayden Avstraliya və Papua-Yeni Qvineyaya səfər etmək niyyətində idi.
Qeyd olunub ki, Amerika lideri ilkin olaraq Xirosimadan Papua-Yeni Qvineyaya getməyi və mayın 22-də ölkənin Baş naziri Ceyms Marape, eləcə də Sakit Okean Adaları Forumuna üzv dövlətlərin rəhbərləri ilə görüşməyi planlaşdırırdı. Bayden Papua-Yeni Qvineyaya səfər edən ilk Amerika prezidenti olmalı idi.
Mayın 24-də isə o, Sidneydə Dördtərəfli Təhlükəsizlik Dialoqunun (Avstraliya, Hindistan, ABŞ, Yaponiya) liderləri ilə görüşməli idi. (konkret.az)