ABŞ ukraynalı pilotların F-16 döyüş təyyarələrində təlim keçməsinə icazə vermir. Bundan başqa, Ağ Ev öz təyyarələrini də Kiyevə keçirmək istəmir.
Kommersant.az xəbər verir ki, keçmiş dövlət katibi və milli təhlükəsizlik müşaviri Henri Kissincer deyir ki, bəşəriyyətin varlığına iki əsas təhlükə Amerika və Çindir. O qeyd edir ki, ölkələr bütün dünyaya təhlükə yaratmamağa razı olmalıdır.
"Amerika prezidenti narazılıqları sadalamaq əvəzinə çinli həmkarına deməlidir: "Cənab Sədr, indi dünya üçün iki əsas təhlükə ikimizik. O mənada ki, insanlığı məhv etmək gücümüz var”, - deyə Kissincer bildirib.
O, həmçinin hesab edir ki, Ukrayna NATO-ya qəbul edilməlidir. Yalnız ölkəni qorumaq üçün deyil, həm də ayaqda tutmaq üçün. O, alyansın üzvü kimi artıq milli səviyyədə ərazi iddiaları ilə bağlı qərar qəbul edə bilməyəcək.
Bu arada Avropa İttifaqı Kiyev rejiminə yeni dəstək verməyə hazırlaşır. Düzdür, pul tükənir. Boşluğu doldurmaq üçün Aİ diplomatiyasının rəhbəri Josep Borrell Avropa Sülh Fonduna əlavə vəsait ayırmağı təklif edib və bu fond artıq Kiyevə təxminən 4,5 milyard avro ayırıb. İndi onlar fonda daha 3,5 milyard yatırmaq istəyirlər.