USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Britaniya Rusiyanın aktivlərini dondurdu və yeni sanksiyalar tətbiq etdi

19.05.2023 Siyasət
0 0
Britaniya Xarici İşlər Nazirliyi Rusiya “Ukraynaya dəymiş zərəri kompensasiya etməyə razılaşana qədər” ölkədəki Rusiya aktivlərinin dondurulacağını elan edib, Britaniya hökumətinin saytı xəbər verir.

Kommersant.az xəbər verir ki, “Bizim qanunlarımıza uyğun olaraq, Rusiya Ukraynaya dəymiş ziyanı ödəməyə razı olana qədər yurisdiksiyamızda olan Rusiyaya məxsus aktivlər dondurulmuş qalacaq”, - deyə Britaniya hökuməti bildirib.

Bundan başqa, Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Yeni sanksiyalar siyahısına Rusiyanın energetika, metallurgiya və müdafiə sənayesi, habelə nəqliyyat və maliyyə ilə bağlı 86 fiziki və hüquqi şəxs daxildir.