USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

G7 Rusiyaya ixraca tam qadağa tətbiq etməkdən imtina etdi

19.05.2023 Siyasət
0 0
G7 ölkələri Rusiyaya ixraca tam qadağa qoymamaq qərarına gəliblər, lakin sanksiyalara məruz qalan malların siyahısını genişləndirmək niyyətindədirlər.

Kommersant.az xəbər verir ki, müzakirələrə əsasən, sanksiyalar siyahısına Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı üçün “həlledici” mallar daxil ediləcək. Söhbət sənaye avadanlıqları və alətlərindən gedir.

Bundan əlavə, G7 ölkələri Rusiyada istehsal, tikinti, nəqliyyat və biznes xidmətləri üzrə sanksiyaları genişləndirəcək.

Qeyd edək ki, Anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı Qərbdə dəfələrlə fikirlər səslənib. Prezident Vladimir Putin qeyd edib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.

Putinin sözlərinə görə, Qərbin sanksiyalarının əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.