Çavuşoğlu suriyalı qaçqınlarla bağlı açıqlama verib.
Kommersant.az xəbər verir ki, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Habertürk TV-də gündəmlə bağlı sualları cavablandırarkən, vətəndaşların sabitlik, əmin-amanlıq və ölkənin böyüməsini istədiklərini, eyni zamanda bəzi problemləri də çox açıq şəkildə dilə gətirdi:
“Antaliyada həddindən artıq artım olduğu üçün vətəndaşlarımızın ciddi problemləri var. Biz bunu bilirik. Çavuşoğlu vurğulayıb ki, mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda heç kim özündən razı qalmamalıdır.
Suriya və İran sərhədlərində lazımi tədbirlərin görüldüyünə diqqət çəkən Çavuşoğlu, "Digər tərəfdən də unutmaq olmaz ki, üç tərəfimiz də dənizlərlə örtülüdür".
550 min suriyalı immiqrantın ölkələrinə geri göndərildiyini qeyd edən Çavuşoğlu, bu rəqəmin kifayət etmədiyini və daha çox mühacirin ölkələrinə göndəriləcəyini vurğulayıb.
Mühacirlərin təhlükəsiz qayıtması və infrastrukturun hazırlanması üçün yol xəritəsi üzərində çalışacaqlarını ifadə edən Çavuşoğlu, “Geri dönəcəklər, qərarlıyıq, onları geri qaytaracağıq, amma bunu insan ləyaqətinə yaraşan şəkildə etməliyik" dedi.
İnfrastrukturun qayıdış üçün hazırlanması və həyat təhlükəsizliyinin təmin edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) iştirak etməli və beynəlxalq ictimaiyyətin dəstək verməsi lazım olduğunu vurğulayan Çavuşoğlu, belə bir yol xəritəsinin razılaşdırıldığını qeyd etdi.
Bundan əlavə başqa bir həqiqətin də olduğunu bildirən Çavuşoğlu, "Bütün (suriyalı mühacirləri) 100% göndərəcəyik desək, bu doğru olmaz. Hazırda Türkiyənin kənd təsərrüfatı sektorunda, sənayesində, bəzi işlərdə məşğulluq ehtiyacı olduğunu görürük" dedi.