USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Britaniyada Rusiyanın krallığın həyatını təhlükəyə atacağından qorxurlar

22.05.2023 Siyasət
18 3
Daily Mail-in köşə yazarı Chris Pleasance rus sualtı qayıqlarının Böyük Britaniya infrastrukturunu "fəlakətli nəticələrlə" poza biləcəyinə dair artan qorxulardan yazır.

Bu, o deməkdir ki, Rusiya "Britaniya enerji və məlumat kabellərini hədəfə ala bilər, onları qlobal şəbəkədən effektiv şəkildə ayıra bilər və Birləşmiş Krallıqda həyat üçün təhlükə yarada bilər".

Müşahidəçi yazır ki, təhdid altında iqtisadiyyat, səhiyyə, internet və mobil rabitənin işi ola bilər, hətta elektrik şəbəkəsindəki nasazlıq da iğtişaşlara səbəb ola bilər.

Məlumatda bildirilir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Moskvanın “sualtı enerji və kommunikasiya xətlərinə hücumu nəzərdə tutan” hərbi dəniz proqramı ilə bağlı xəbərdarlıq edib.

RİA Novosti xəbər verir ki, Ben Uollesin sözlərinə görə, təxribat əməliyyatları həm dalğıclar, həm də uzaqdan idarə olunan kiçik sualtı qayıqlar tərəfindən həyata keçirilə bilər.