USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-da baş verəcək defoltun Azərbaycan iqtisadiyyatına təsiri - Ekspert açıqlayır

22.05.2023 Siyasət
27 3
“Bu defolt baş versə Azərbaycan iqtisadiyyatına da müəyyən mənfi təsirlər göstərə bilər”.

Kommersant.az xəbər verir ki, bu fikirləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli ABŞ-ın mümkün defoltu baş verdiyi halda bunun Azərbaycan iqtisadiyyatına ola biləcək təsirləri haqqında danışarkən deyib:

“Neft Fondunda böyük məbləğdə xarici valyuta (65 milyard dollar) vəsait toplanıb. Bunun da çox hissəsi dollarda saxlanır. Həmçinin Neft Fondunun vəsaitləri ABŞ-ın müxtəlif banklarında saxlanılaraq investisiya kimi yatırılıb. Bu da Neft Fondunun gəlirlərinə də mənfi təsir göstərə bilər”.

Eyyub Kərimlinin sözlərinə görə, bu proses dolların mövqeyinin zəifləməsi və dəyərdən düşməsi prosesi kimi də həyata keçə bilər:

“Bu baxımdan hesab edirəm ki, gözlənilən təhlükəni dəf etmək üçün ABŞ konqresmenləri konsensusa gələcək və ABŞ-ı bu baxımdan borclanma limitini də artıracaq”.

Ekspert qeyd edir ki, ilin əvvəlindən ABŞ-ın maliyyə naziri həyəcan təbili çalır, ABŞ-ın defoltla üzləşə biləcəyi haqqında danışır:

“Bu onunla bağlıdır ki, Konqres tərəfindən ABŞ-ın Konqres tərəfindən borc həddi müəyyənləşib və 34 trilyon dollar civarındadır. Həmin borc artıq 2023-cü ilin yanvar ayına qədər əldə olunub. Artıq ABŞ xəzinəsi borc kağızlarının buraxılışını dayandırıb və borclanma əldə edə bilmir. Hazırda Konqresdə Respublikaçılarla Demokratlar arasında böyük anlaşılmazlıq və müzakirələr gedir. Əgər konsens yaranmasa, dövlət borcunun həddi artmasa ABŞ-da şərti defolt elan edilə bilər. Bu sözsüz ki, həm ABŞ iqtisadiyyatına, həm Amerika ilə əlaqəsi olan digər ölkələrə, Avropa, Asiya ölkələrinin iqtisadiyyatına mənfi təsir göstəərə bilər. Defolt o deməkdir ki, həmin ölkənin ödəmə qabiliyyəti məhdudlaşır. Bu baxımda digər ölkələrə ödənilən devidentlər, borclar sual altında olur.

ABŞ tarixində bu hadisələr dəfələrlə təkrarlanır və son anda razılığa gələrək borc həddinin artması ilə bağlı razılaşdırıblar. Bu gün ABŞ dünyanın ən çox borclanmış ölkələrdən biridir.

Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Canet Yelle Konqresə məktub ünvanlayaraq, ölkəsində iyunun 1-də şərti defolt elan oluna biləcəyini bildirib. Buna yol verməmək üçün o, borc həddinin dərhal artırılmasını tələb edib.