USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyada iflaslar 30 faiz artıb

23.05.2023 Siyasət
31 7
Rusiya Ali Məhkəməsinin sədri Vyaçeslav Lebedev ölkəsində iflas qanunvericiliyi ilə bağlı tənzimləmələrin edilməsi lazım olduğunu ifadə edərək, “Bu ilin birinci rübündə arbitraj məhkəmələrində iflas işləri 30 faiz artıb” dedi.

Lebedev, paytaxt Moskvada təşkil edilən tədbirdəki çıxışında, bu il Rusiyada vətəndaşlardan alınan borcların tahsilatı üçün məhkəmələrin verdiyi qərarların sayının 23 faiz artdığını bildirib.

Məhkəmələr tərəfindən baxılan iflas işlərində artım olduğuna diqqət çəkən Lebedev, “Bu ilin ilk rübündə arbitraj məhkəmələrində iflas iddiaları yüzdə 30 artdı” dedi.

Sözügedən artımlara görə müxtəlif tənzimləmələrin edilməsi lazım olduğunu bildirən Lebedev, “Bu çərçivədə iflas qanunvericiliyinin daha da təkmilləşdirilməsinə, məhkəmə proseslərinin sadələşdirilməsinə, sürətləndirilməsinə və vahidləşdirilməsinə ehtiyac var” şərhini verdi.