USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lavrov Qərbin dünyada vəziyyəti necə sabitsizləşdirdiyini danışıb

24.05.2023 Siyasət
2 22
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Təhlükəsizlik Məsələlərinə Məsul Ali Nümayəndələrin XI Beynəlxalq İclasında çıxışı zamanı Qərbin Rusiya və Çinə münasibətdə mövqeyinə, eləcə də Ukraynadakı münaqişədə iştirakı ilə bağlı risklərə diqqət çəkib.

Kommersant.az xəbər verir ki, Xarici işlər naziri açıqlamasında "Bu yaxınlarda Yaponiyada keçirilən G7 (G7) sammiti zamanı verilən bəyanatlardan belə nəticə çıxır ki, iclas iştirakçıları Rusiya və Çini Qərbin dominantlığına təhlükə yaradan strateji rəqiblər hesab edirlər" deyib.

Lavrov bir daha vurğulayıb ki, NATO ölkələrinin Ukraynadakı münaqişədə de-yure iştirakı nüvə güclərinin toqquşması riskini artırır. Və Rusiyanın Qərbdə belə bir toqquşmanın yolverilməzliyi barədə siqnallarına məhəl qoyulmur.

Öz növbəsində, Lavrov deyib ki, Moskva Vaşinqton və Brüsselin BMT-ni marginallaşdırmaq cəhdlərindən əl çəkməsini zəruri hesab edir. O, həmçinin hesab edir ki, beynəlxalq gərginliyi azaltmaq üçün ABŞ və Aİ birtərəfli hərbi qərarlardan imtina etməlidir. Bütövlükdə, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, bu gün beynəlxalq təhlükəsizliyin bütün arxitekturasının yenilənməsi zərurəti ön plana çıxır.