Amerikalıların 20%-dən az hissəsi ABŞ administrasiyasının yeritdiyi siyasətin düzgün olduğuna inanır. Bunu Monmut Universitetində (Nyu Cersi) keçirilən sorğunun nəticələri sübut edir.
Sorğunun nəticələrinə görə, respondentlərin yalnız 16%-i ölkənin düzgün istiqamətdə getdiyini bildirib, 74%-i isə əks fikirdədir. Qalanları cavab verməkdə çətinlik çəkirlər.
Müqayisə üçün: mart ayında ABŞ-ın siyasi kursunu analoji sorğu iştirakçılarının 22%-i dəstəkləyib.
Amerika liderinin populyarlığı da aşağı düşür. Mayın əvvəlində The Washington Post və ABC televiziyasının keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin yalnız 36%-i Co Baydenin ABŞ prezidenti kimi fəaliyyətini bəyənir. Fevralda Baydeni sorğuda iştirak edənlərin 42%-i dəstəkləyib.