USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlham Əliyev: Bu gün Azərbaycanla hesablaşırlar

28.05.2023 Siyasət
22 4
Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik.

Kommersant.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib.

“Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Deyirəm, ən azı regional, amma, eyni zamanda, bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır”, - deyə dövlətimizin başçısı qeyd edib.