USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kiyev rejimi Moskvada pilotsuz təyyarələrlə “terror aktı” həyata keçirib - Rusiya

30.05.2023 Siyasət
28 11
“Kiyev rejimi bu gün səhər saatlarında pilotsuz təyyarələrlə Moskva obyektlərinə terror hücumu həyata keçirib”, - deyə Rusiya açıqlamasında bildirib.

Kommersant.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Moskvaya pilotsuz təyyarə hücumları ilə bağlı açıqlamasında "Kiyev rejimi bu səhər PUA-larla Moskvadakı obyektlərə terror hücumu həyata keçirib" ifadələrindən istifadə edib.

Səhər saatlarında Rusiyanın paytaxtı Moskvaya PUA-larla hücumlar təşkil edilib və bəzi binalar PUA-lar tərəfindən zədələnib.