USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin Sinqapur sammiti ilə bağlı ABŞ-ın təklifini rədd edib

31.05.2023 Siyasət
22 7
Bildirilib ki, ABŞ-ın Çin Xalq Respublikasına (ÇXR) iki ölkənin müdafiə nazirlərinin Sinqapurda keçiriləcək sammitdə görüşməsi təklifi Pekin administrasiyası tərəfindən rədd edilib.

Kommersant.az xəbər verir ki, pentaqonun sözçüsü briqada generalı Patrik Rayder, "ÇXR ABŞ-a mayın əvvəlində Sinqapurda müdafiə naziri Lloyd Ostin ilə ÇXR Milli Müdafiə Naziri Li Şanqfu ilə görüşmək dəvətimizi rədd etdikləri barədə məlumat verdi" deyib. Rayder həmçinin qeyd edib ki, Pentaqon “rəqabətin münaqişəyə çevrilməməsini təmin etmək üçün” Vaşinqton və Pekin arasında kommunikasiya xətlərinin saxlanmasının vacibliyinə “qəti inanır”.