USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Twitterin gəlirləri 67% azalıb

31.05.2023 Siyasət
18 7
Twitter-in dəyəri İlon Maskın onu aldığı 2022-ci ilin oktyabrından bu gün 67% azalıb.

Kommersant.az xəbər verir ki, bu barədə Bloomberg Fidelity Investments analitik şirkətinin məlumatlarına istinadən yazır. Analitiklərin fikrincə, Twitter-in hazırkı dəyəri Maskın 2022-ci ildə ödədiyi 44 milyard dollarlıq alış qiymətinin yalnız 33%-i, o cümlədən xalis sərvətinin 33,5 milyard dolları həcmində qiymətləndirilir.

Fidelity Investments artıq bir neçə dəfə Twitter-in reytinqini aşağı salıb. Belə ki, 2022-ci ilin noyabrında 44%, sonra isə dekabr və fevral aylarında son qiymət enişi nəticəsində Mask 850 milyon dollar itirib. Bununla belə, Tesla səhmlərinin dəyərinin artması sayəsində iş adamının sərvəti 2023-cü ildə 48 milyard dollar artıb.

Twitter Mask tərəfindən satın alındıqdan sonra maliyyə problemi yaşayır. Sahibkar bildirib ki, Twitter-in reklam gəlirləri 13 milyard dollardan çox borcun qaytarılmasından sonra, yanlış idarəetmə və məzmunun moderasiyası ilə bağlı problemlər nəticəsində 50% azalıb. Şirkət ödənişli Twitter Blue abunəliyini tətbiq etməklə itkiləri ödəməyə çalışdı, lakin indiyədək istifadəçilərin yalnız 1%-i onu qeydiyyatdan keçirib.