USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Medvedev Londona xəbərdarlıq edib

31.05.2023 Siyasət
14 2
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, Londonun Ukraynadakı münaqişədə iştirak səviyyəsi Rusiya Federasiyasına Böyük Britaniya rəhbərliyinin nümayəndələrini qanuni hədəflər hesab etməyə imkan verir.

Kommersant.az xəbər verir ki, bu barədə o “Twitter” hesabında yazıb. Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin Ukraynanın öz sərhədlərindən kənarda güc tətbiq etmək hüququ ilə bağlı bəyanatına Medvedyev belə reaksiya verib. Nazir hesab edir ki, Ukrayna sərhədlərindən kənarda hərbi hədəflərə zərbələr özünümüdafiənin qanuni elementidir:

“Bizim əbədi düşmənimiz olan Böyük Britaniyanın bu axmaq məmurları yadda saxlamalıdırlar ki, müasir müharibəni tənzimləyən ümumi qəbul edilmiş beynəlxalq hüquqa, o cümlədən əlavə protokollarla Haaqa və Cenevrə Konvensiyalarına əsasən, onların dövləti də müharibə şəraitində olan ölkə kimi tanına bilər”.