Fransanın Rəqəmsallaşdırma və Telekommunikasiya naziri Jan-Noel Barrot, Twitter-in qaydalardan qaçdığı təqdirdə ölkədə qadağan ediləcəyini açıqlayıb.
Kommersant.az xəbər verir ki, Fransanın Rəqəmsallaşdırma və Telekommunikasiya naziri Jan-Noel Barrot, Twitter-in qaydalardan yayındığı təqdirdə ölkədə qadağan ediləcəyini açıqlayıb.
Barrot, Twitter-in dezinformasiya ilə mübarizə üçün Avropa İttifaqının (AB) hazırladığı məcburi olmayan təcrübə qaydalarından çıxması ilə bağlı açıqlama verib:
“Twitter ictimai müzakirələrdə mühüm rol oynayır, lakin Twitter kimi bir sosial şəbəkənin dezinformasiya tərəfdarlarının bizə təsir etməsinə imkan verməsi riskini göz önünə almırıq" ifadəsini işlətdi.
Fransalı nazir, ChatGPT kimi süni intellekt proqramları üçün Avropada hüquqi tənzimləmələr çərçivəsində istifadəsini məhdudlaşdıran çərçivənin müəyyən edilməsi lazım olduğuna diqqət çəkib.
Barrot qeyd edib ki, Avropa süni intellekt proqramlarına sərmayə qoymalıdır.