USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paşinyan Moldovaya yola düşdü

31.05.2023 Siyasət
8 35
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 31-də Moldovanın paytaxtı Kişineuya işgüzar səfərə yola düşüb.

Kommersant.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

N. Paşinyan Kişineuda Avropa Siyasi Cəmiyyətinin II sammitində iştirak edəcək.

Moldovanın paytaxtında Azərbaycan Prezidenti İlham Əliyev, Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Nikol Paşinyanın iştirakı ilə beştərəfli görüş keçiriləcək.