Türkiyə Səyahət Agentlikləri Dərnəyi (TÜRSAB) sədri Firuz B. Bağlıkaya viza müraciətləri qarşısında sistematik bir maneə olduğunu bildirib.
Kommersant.az xəbər verir ki, Bağlıkaya açıqlamasında Türkiyə vətəndaşlarının Avropa İttifaqına üzv ölkələrə turistik səyahət üçün Şengen vizası almaları ilə bağlı problemlərin artmaqda davam etdiyini bildirib.
Viza qadağası səbəbindən səyahət azadlığının məhdudlaşdırılmağa çalışıldığını bildirən Bağlıkaya, xaricə tur təşkil edən turizm agentliklərinin də ciddi iş itkisi ilə üzləşdiyini vurğuladı.