Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə yeni danışıqları istisna etmir.
Kommersant.az xəbər verir ki, Makron Fransanın bütün tərəflərlə dialoq üçün həmişə hazır olduğunu qeyd edərək, Ukraynada münaqişə başlayanda Putinlə bir neçə dəfə telefonla danışdığını xatırladıb.
Onun sözlərinə görə, əgər “bir sıra məsələlər üzrə” hər hansı irəliləyiş olarsa və dialoq özünü doğrultsa, o, heç bir tərəddüd etmədən istənilən liderə zəng edəcək.