USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ Kosovoda yenidən seçkilərin keçirilməsini tələb edir

02.06.2023 Siyasət
28 9
Avropa Birliyi gərginliyin artdığı Kosovoda yerli seçkilərin yenilənməsini və əvvəlki seçkini boykot edən kosovo serblərinin iştirakını tələb edib.

Kommersant.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Avropa Siyasi Birliyinin Zirvə Toplantısının keçirildiyi Moldovada Kosovo Prezidenti Vjosa Osmani və Serbiya Prezidenti Aleksandr Vuçiç ilə ayrı-ayrılıqda görüşüb.

Bu görüşlərdən sonra Borrell, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz Kosovo və Serbiya liderləri ilə də görüşüb.

Sosial mediada təmaslarla bağlı verdiyi açıqlamada Borrell Kosovonun şimalındakı "təhlükəli" vəziyyəti müzakirə etdiklərini və AB-nin Kosovodan tələblərini belə çatdırdıqlarını bildirib:

"Bizim üç aydın tələbimiz var. Yerli seçkilərin dərhal bərpası, Kosovo serblərinin iştirakı və Aİ-nin asanlaşdırdığı dialoq çərçivəsində əksəriyyəti serb olan Bələdiyyələr İttifaqının yaradılması üzrə işlərə başlanılması".