Prezident Ərdoğanın andiçmə mərasimində Stoltenberq də iştirak edəcək.
Kommersant.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək və yüksək səviyyəli danışıqlar aparmaq üçün iyunun 3-4-də Türkiyəyə gedəcək.
İyunun 3-də prezident Ərdoğanın andiçmə mərasiminə qatılacaq Stoltenberq prezident Ərdoğanla yanaşı, yüksək səviyyəli türk rəsmiləri ilə də ikitərəfli görüşlər keçirəcək.
Stoltenberq dünən verdiyi açıqlamada İsveçin NATO-ya üzvlüyü ilə bağlı dialoqu Türkiyədə keçirilən seçkilərdən sonra yenidən başlamaq istədiyini və məsələni müzakirə etmək üçün Ankaraya səfər edəcəyini bildirib.