USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AMB faiz dərəcələri "hədəfdən" uzaq deyil" - AMB

02.06.2023 Siyasət
7 17
AMB İdarə Heyətinin üzvü Panetta, AMB-nin faiz artımını tam olaraq bitirmədiyini, lakin faizlərin bundan sonra çox da artmayacağını söylədi.

Kommersant.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Fabio Panetta Fransanın “Le Monde” qəzetinə verdiyi müsahibədə faiz artımının təsirlərinin real iqtisadiyyata tam şəkildə hiss olunması və sonra inflyasiyaya əks olunması üçün bir neçə rüb lazım olduğunu bildirib.

Fabio Panetta, “Bizim pul siyasətimiz yaxın aylarda hiss olunacaq. Biz daxili tələbin zəif qalacağını və bunun avro zonasında davam edən iqtisadi zəiflikdə və hətta texniki tənəzzüldə özünü göstərəcəyini gözardı edə bilmərik” ifadələrdən istifadə edib.

AMB İdarə Heyətində sərbəst pul siyasətinin tərəfdarları arasında olan Panetta, "İnflyasiya çox yüksəkdir, lakin narahat olmağa dəyməz" dedi.

Fabio Panetta AMB-nin faiz artımlarını tam olaraq bitirmədiyini bildirsə də, faizlərin çox artmayacağına da diqqət çəkib.

"Məncə, indi çox sürətli hərəkət etməyin vaxtı deyil, çünki biz uzun yol qət etmişik. Biz hələ son məqsədə çatmamışıq, lakin ondan çox da uzaqda deyilik", - deyə Panetta bildirib.