USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bizim vizanı bloklamaq siyasətimiz yoxdur" - Avropa İttifaqı

02.06.2023 Siyasət
41 7
Avropa İttifaqının (AB) Türkiyə Nümayəndəliyinin rəhbəri səfir Nikolaus Meyer-Landrut, viza probleminin həlli üçün əllərindən gələni etdiklərini ifadə edərək, "Aİ-nin Türkiyəyə qarşı vizaların qarşısını alan bir siyasəti yoxdur" dedi.

Kommersant.az xəbər verir ki, türk vətəndaşlarına Aİ ölkələrinə getmək üçün Şengen vizası almaq son günlər çətinləşib.

“Hürriyet” qəzetinə açıqlama verən Avropa İttifaqının Türkiyədəki nümayəndəliyinin rəhbəri səfir Nikolaus Meyer-Landrut viza probleminin həlli üçün əllərindən gələni etdiklərini bildirib.

Nikolaus Meyer-Landrut, "Aİ-nin bu istiqamətdə qəbul etdiyi heç bir siyasət və ya qərar yoxdur" ifadəsini işlədib.

Landrut Türkiyənin 2022-ci il ərzində ən çox Şengen vizası müraciəti edən ölkə olduğuna diqqət çəkərək, "Türkiyənin rədd nisbəti dünya ortalamasının altındadır" dedi.

Səfir həmçinin 2022-ci ildə imtinaların nisbətinin 2021-ci illə müqayisədə 15 faiz azaldığını bildirib və türklərə verilən uzunmüddətli və çoxdəfəlik vizaların dünya ortalamasından yüksək olduğunu bildirib.