Ermənistanla Azərbaycan arasında intensiv danışıqlar gedir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, temp davam edərsə və beynəlxalq ictimaiyyətdən kömək olarsa, o zaman sülh müqaviləsi elə bu il imzalana bilər.
Kommersant.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçi "Yerevan müqaviləni tez bir zamanda imzalamaqda qərarlıdır" deyib. O, Ermənistan və Azərbaycan baş nazirləri arasında iyunun 1-də Kişinyovda baş tutan danışıqları da müsbət qiymətləndirib.
Belə ki, məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Ərdoğanın andiçmə mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. İki ölkə liderləri münasibətlərin normallaşdırılmasını müzakirə ediblər. Onlar gələn həftə yenidən görüşəcəklər.