Avropa İttifaqı Rusiyanın 9 vətəndaşına qarşı sanksiya tətbiq edib. Onların arasında ədliyyə nazirinin müavini Oleq Sviridenko, həmçinin dörd hakim də var. Aİ onları insan haqlarını pozmaqda şübhəli bilir.
Kommersant.az xəbər verir ki, “qara siyahı”ya düşən rusların Avropa İttifaqına girişi qadağan edilib və onların Aİ-də tapılacağı təqdirdə aktivləri dondurulacaq.
Həmçinin iyunun 5-də ABŞ Maliyyə Nazirliyi Rusiya kəşfiyyatı ilə əlaqəsi olduğu iddia edilən və Moldovada vəziyyətin sabitliyini pozmaqla məşğul olan 7 Rusiya Federasiyası vətəndaşına qarşı sanksiyalar tətbiq edib.
Bundan əlavə, Kaluqada bir dulusçuluq emalatxanası Amerika məhdudiyyətləri altına düşüb.