USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyanın Ankaradakı səfirliyindən viza açıqlaması

06.06.2023 Siyasət
23 2
Almaniyanın Ankaradakı səfirliyi viza müzakirələri ilə bağlı "Almaniya hazırda dünyanın heç bir ölkəsinə Türkiyədən daha çox viza vermir" açıqlaması verib.

Kommersant.az xəbər verir ki, Almaniyanın Ankaradakı səfirliyi Türkiyə vətəndaşlarının Şengen vizası müraciətlərinin rədd edilmə nisbətinin artması ilə bağlı şikayətlərlə bağlı açıqlama verib.

Səfirliyin sosial media hesabından edilən şərhdə, "Almaniyanın Ankara, İstanbul və İzmirdəki xarici nümayəndəlikləri 2023-cü ilin yanvar-may dövründə təxminən 100.000 Şengen vizası verməsi ilə fəxr edir. Bu rəqəm 2023-cü ilin eyni dövrü ilə müqayisədə artıb. Bundan əlavə, 2023-cü ildə 18000-dən çox milli viza vermişik. Almaniya hazırda dünyanın heç bir ölkəsində Türkiyədən çox viza vermir" ifadələrindən istifadə edib.