USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə viza problemi böyüyür

07.06.2023 Siyasət
25 5
Avropa ölkələrindən sonra Türkiyə vətəndaşlarının ABŞ, İngiltərə və Kanadaya viza müraciətlərinin rədd edilməsi xəbərləri artmaqdadır.

Kommersant.az xəbər verir ki, Türkiyədə iş dünyasının Şengenlə başlayan viza problemi yeni ölkələrlə genişlənir. Kanada, ABŞ və İngiltərədən də "rədd" cavablarının artdığına diqqət çəkən iş adamları problemin Türkiyənin qlobal bazarlarda rəqabət qabiliyyətini aşağı salacaq səviyyəyə çatdığını vurğulayırlar. Türk iş dünyasına Şengen vizası müraciətlərindəki maneələrin qiyməti artarkən, çətinlik yaradan ölkələr şəbəkəsi də genişlənir.

Digər tərəfdən, nəqliyyat tərəfində də viza müraciətlərində tarifsiz bir maneə meydana çıxdı. Türk sürücülər üçün Şengen vizasını qəbul etməyən Bolqarıstan, ikitərəfli daşımalarda türk sürücülərin Bolqarıstan vizası almasını zəruri edib. Beynəlxalq yarmarkalara qatıla bilməyən, viza problemi üzündən xarici müştərilərlə ikitərəfli görüşlər keçirə bilməyən iş dünyasının qlobal bazarlarda rəqabət qabiliyyəti azaldıqca, Türkiyənin ixrac yükünü xarici TIR-lar daşımağa başlayır.