Zəlzələ bölgəsində 3 ay təxirə salınan elektrik ödənişlərinin toplu şəkildə kəsildiyini bildirən CHP lideri Kılıçdaroğlu, “Yatmağa çadır, çörək tapa bilməyən vətəndaşlarımız var. Səndə mərhəmət və insanlıq yoxdur. Sil onların elektrik xərclərini" deyib.
Kommersant.az xəbər verir ki, CHP sədri Kamal Kılıçdaroğlu zəlzələ qurbanlarının təxirə salınan elektrik pullarının kütləvi şəkildə kəsilməsinə reaksiya verib. Kılıçdaroğlu sosial media hesabından verdiyi açıqlamada, "Zəlzələ qurbanlarımıza 3 ay təxirə saldıqları elektrik pulunu kəsdilər. Aralarında 4 min manata qədər qəbz göndərdikləri, yatmağa çadır tapa bilməyən vətəndaşlarımız var. Sizdə mərhəmət və insanlıq yoxdur. Allahdan qorxun" ifadələrdən istifadə edib.