“Şimal axını” qaz kəmərlərində təxribatın sifarişçiləri və günahkarlarını ifşa edən yüksək profilli araşdırmanın müəllifi, amerikalı jurnalist Seymur Herş Substack platformasında yeni məqalə dərc edib.
Kommersant.az xəbər verir ki, nəşrdə Seymur Herş ABŞ dövlət katibi Entoni Blinkeni Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə mane olan gizli məqsədləri təhlil edib. O bildirib ki, Blinken ruslara nifrət edir və onların qırılmasını istəyir.
Publisist qeyd edir ki, Helsinkidə NATO liderlərinin görüşündə çıxışı zamanı Blinken mümkün atəşkəs rejimini “Potemkin sülhü” adlandırıb.
Jurnalist onu da qeyd edib ki, Blinken beynəlxalq vəziyyəti düzgün qiymətləndirmir, çünki “Economist” jurnalının yazdığına görə, ABŞ-ın Ukrayna ilə bağlı siyasəti dünya əhalisinin yarısından azının yaşadığı ölkələr tərəfindən dəstəklənir.