ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsünün bir hissəsi olaraq Ukrayna ordusuna hava hücumundan müdafiə və sursat imkanlarını artırmaq üçün 2,1 milyard dollar yardım edəcəklərini açıqlayıb.
Kommersant.az xəbər verir ki, Pentaqondan verilən yazılı açıqlamada, ABŞ-ın Ukraynaya “tam dəstəyi”nin bir hissəsi olan hərbi yardım paketinin yaxın gələcəkdə Ukrayna ordusunun imkanlarını yaxşılaşdırmaq və müdafiəsinə kömək etmək məqsədi daşıdığı qeyd edilib.
Açıqlamada ABŞ-ın Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində Ukrayna ordusuna 2,1 milyard dollarlıq yardım köçürəcəyi bildirilib və ABŞ-ın tərəfdaşları ilə birlikdə qısa və uzunmüddətli yardımını davam etdirəcəyi vurğulanıb.