USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Deputat: “Ərdoğan və Türkiyə xalqı Azərbaycanın ən yaxın dostudur”

12.06.2023 Siyasət
17 7
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə edəcəyi səfərin həm siyasi, həm mənəvi əhəmiyyəti var".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

Deputat bildirib ki, bütün dünya Azərbaycanın və Türkiyənin dost, strateji müttəfiq dövlətlər olduğunu görür:

"Türkiyə və Azərbaycan bu bölgənin titul dövlətləridir. Bölgədəki siyasət Türkiyə və Azərbaycanın birgə apardığı siyasətin üzərində qurulub. Biz bunu 2020-ci ildə 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrlərdə dəfələrlə görmüşük".

M.Quliyev vurğulayıb ki, Qarabağın bərpasında cənab Ərdoğan və Türkiyə şirkətləri yaxından iştirak etməkdədir:

"Əlbəttə, Qarabağın azadlığına qovuşmasından sonrakı dövrdə də birgə fəaliyyətimizi dünyaya nümayiş etdirdik. Hərbi müttəfiqliyimizin və humanitar əlaqələrin möhkəmlənməsində bu səfərlərin böyük əhəmiyyəti var. Bundan sonrakı səfərlərdə də işgüzar əlaqələrin möhkəmlənməsi üçün böyük işlər görüləcək. Əlbəttə, cənab Ərdoğan və Türkiyə xalqı Azərbaycanın ən yaxın dostudur. Bütün bunlar da hər iki dövlətin parlaq gələcəyinə vəsilədir".