USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

CHP-nin yeni rəhbəri kim olacaq? - ŞƏRH

12.06.2023 Siyasət
38 19
“Türkiyədə gözlənilən və arzuolunan odur ki, seçkilərdə məğlub olmuş bir partiya olaraq CHP növbəti seçkilərə yeni lideri ilə qatılsın”.

Kommersant.az xəbər verir ki, bu sözləri politoloq Taleh Əliyev Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlunun Cümhuriyyət Xalq Partiyasının sədrliyinə namizəd olub – olmayacağı ilə bağlı danışarkən deyib.

Politoloq qeyd edib ki, demokratik dövlətlərə xas olan seçki ənənəsinin də özünəməxsus xarakterik xüsusiyyətlərindən biri də odur ki, seçkiləri uduzan müxalifət partiyası növbəti seçki proseslərinə hazırlıq məqsədilə partiya liderində dəyişiklik edir, bununla da növbəti seçkilərdə partiya özünü yenidən dizayn edərək seçki prosesinə qatılır:
“Təəssüflər olsun ki, Kılıçdaroğlu bundan əvvəlki seçki dönəmində bələdiyyə seçkilərində bələdiyyə başqanlarının özünün şəxsi nüfuzu sayəsində Türkiyənin böyük şəhərlərdə CHP nin qazanmış olduğu qələbələr istisna olmaqla, istər prezident seçkiləri, CHP seçkilərdə məğlub olub. Amma sədr dəyişikliyinə gedilməmişdi. O vaxt da keçmiş prezidentliyə namizəd olan Məhərrəm İncə partiyadan uzaqlaşdırıldı və bu günlərdə artıq bəzi CHP dairəsində Türkiyə ictimaiyyəti arasında partiyanın yeni lideri kimi qəbul olunan İmamoğlu ilə bağlı belə bir fikir səsləndirilir ki, ola bilsin ki, Kılıçdaroğlu onu partiya sıralarından kənarlaşdırsın. Amma qeyd etdiyim kimi, demokratik ölkələrə xas olan xüsusiyyət ondan ibarətdir ki, seçkilərə məğlub olan siyasi partiya növbəti seçkilərə yeni liderin rəhbərliyi altında hazırlaşır və əvvəlki seçkilərdə olan səhvlərini uğursuzluqlarını ört-basdır etmək üçün düzəliş etməklə yeni liderin rəhbərliyi altında seçki kampaniyası aparır”.

Həmsöhbətimiz əlavə edib ki, yeni formalaşan hökumət üzvlərinin bir çoxu, o cümlədən Türkiyə tarixində ilk Mərkəzi Bankın rəhbəri olan xanım özü də İstanbul doğumludur:
“Heç şübhəsiz ki, hökumətdə yer tutan nazirlərin və Mərkəzi Bank müdirinin İstanbul doğumlu olması həm də növbəti seçkilərdə İstanbul daha çox rəğbətini qazanmağa hesablanmış bir taktika kimi qiymətləndirmək olar.Hesab edirəm ki, bu doğru yanaşmadır”.