USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

YUNESKO ABŞ-ın geri qayıtmaq qərarını yüksək qiymətləndirir

12.06.2023 Siyasət
20 6
YUNESKO-nun baş direktoru Odri Azule ABŞ-ın təşkilata qayıtmaq qərarını yüksək qiymətləndirib. Bu barədə Azulenin bazar ertəsi, iyunun 12-də yaydığı bəyanatında deyilir.

Kommersant.az xəbər verir ki, bəyanatda "Bu, YUNESKO-ya və çoxtərəfli münasibətlər sisteminə inam əsasında mühüm qərardır", - deyə sənəddə deyilir.

Birləşmiş Ştatlar YUNESKO-ya qayıtmaq planı təklif edib, ona əsasən, Vaşinqton təşkilata üzvlüyünü ilin sonuna kimi bərpa etməyi gözləyir. Plana YUNESKO-nun Baş Konfransının növbədənkənar sessiyasında baxılmalıdır.

Plan həmçinin üzvlük haqlarının dövlətlər tərəfindən ödənilməsi vaxtını da nəzərdə tutur. ABŞ 2011-ci ildən bəri onlara pul ödəmir. Vaşinqton Fələstinin təşkilata qəbul olunmasından sonra YUNESKO-nun maliyyələşməsində iştirakdan imtina edib. 2017-ci ildə ABŞ təşkilata üzvlüyünü dayandırıb. Keçmiş prezident Donald Trampın administrasiyası daha sonra YUNESKO-nun əsaslı islahatlara ehtiyacı olduğunu bildirib və onun İsrailə qarşı “qərəzli mövqeyini” qeyd edib.